COP29

Ermənilərin silah daşınan yolları bağlanır - Azərbaycan əraziyə özü nəzarət edəcək

26 Mart 2023 12:50 Bizimkilər 487
Ermənilərin silah daşınan yolları bağlanır - Azərbaycan əraziyə özü nəzarət edəcək

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda məlumat verilir.

silah.PNG (1.61 MB)

Bildirilir ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

Məlumat verilir ki, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfi çoxsaylı müraciətlər etsə də, bu istiqamətdə işlərə davam edilir. Buna görə də yeni məlumata görə, Azərbaycan artıq separatçılara qarşı özü mübarizəyə başlayıb və ermənilərin bütün silah daşınan yolları nəzarətə götürülür.

5f4a5a02-455f-336d-8b72-abe3619152a7_850.jpg (93 KB)

Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərinə əməl etmir. Artıq 3 ildir ki, prosesi uzadır və altdan-altdan silah-sursat yığır, havadarlarından yardım alaraq guya təkrar hücum edəcəyini və yaxud da cəbhədə vəziyyəti dəyişəcəyini düşünür. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan bu kimi xəyallarından əl çəkməzsə, başından “dəmir yumruğu” anındaca alacaq.

Azərbaycan tərəfinin istəyi sülh sazişinin imzalanması, digər dövlətlərlə olduğu kimi Ermənistanla da sakit, normal sərhəd qonşuluğuna sahib olmasıdır. Lakin Ermənistan hər dəfə bu prosesi pozur. İndi də beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalının son dərəcə yüksək olduğu bir vaxtda Ermənistan ənənəvi metodundan istifadə edərək prosesi pozmaq üçün siyasi və hərbi təxribata əl atır.

Bu təxribatlar həm masada, həm də cəbhədə baş verir. Məlumdur ki, son zamanlar erməni tərəfi öz hərbi ritorikasını da sərtləşdirib. Hətta irəli gedərək təhqiramiz ifadələrdən də istifadə edib. Bu ilin mart ayında istər Azərbaycan Xarici İşlər Nazirliyi, istərsə də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın qanunsuz silah daşımalarına son qoyması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin bunlara məhəl qoyulmur. Ermənistan israrla “dəmir yumruq” istəyir. Ekspertlər burada Tehranın da rolunu qeyd edirlər. Bildirilir ki, indiyədək Ermənistan daha çox Fransa və Rusiyanın təhriki ilə təxribat törədirdisə, indi həm də İrandakı molla rejimi İrəvanı provokasiyaya çəkir.

molla.jpeg (84 KB)

Son bir ayın hadisələrinə nəzər salaq:

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub.

Martın 20-də Zəngilan ərazisində azərbaycanlı hərbçi yaralandı.

Martın 24-də isə Müdafiə Nazirliyi məlumat yaydı ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

96b279ce-6f26-3951-bf7c-2b940268faf4_850.jpg (138 KB)

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Ermənistan təkcə silah daşımır. Eyni zamanda mühəndis və xüsusi texnika cəlb edilməklə alternativ yolun tikintisinə cəhd göstərir. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bununla bağlı da son günlərdə Azərbaycan dəfələrlə xəbərdarlıq etdi ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təbii ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşımasına göz yummaq niyyətində deyil və bu haqda dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edib, bölgədəki Rusiya sülhməramlıları da məlumatlandırılıb.

85a43a9b-002c-3616-ae9f-dbec49c33781_850.jpg (153 KB)

Lakin qəribəsi odur ki, Rusiya sülhməramlıları da ermənilərin bu kimi davranışlarına göz yumur. Konkret olaraq sülhməramlılar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Bu isə onların bölgədə qalma müddətlərinin uzun olmayacağına dəlalət edir. Əgər sən öz işini görə bilmirsənsə, azğın separatçıların qarşısını almırsansa və hər dəfə Azərbaycan ordusu özü bu kimi təxribatların kökünü kəsirsə, o zaman burada işin nədir?

Ona görə də bu cür təxribatlara birdəfəlik son qoymaq üçün Azərbaycan ordusu alternativ yolları nəzarətə götürmək məqsədilə zəruri addımlar atmaq məcburiyyətində qalıb.

aec9b1d7ea17d7d36417af4347004ddc.jpg (276 KB)

Çünki yuxarıda da qeyd etdiyimiz kimi, ərazidəki sülhməramlı işinin öhdəsindən gəlmir. Azərbaycan dəfələrlə məsələ ilə bağlı xəbərdarlıq etsə də, nə Ermənistan, nə də rusiyalı sülhməramlılar müvafiq nəticə çıxarıblar. Ona görə də Azərbaycan bu problemi özü həll etməyə məcbur olub.

Azərbaycan tərəfi bəyan edir ki, baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür. Beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistanı təxribatlara son qoymağa və prosesin pozulmasına yönəlmiş addımlardan çəkinməyə məcbur etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti