COP29

"O, yalan xəbər yayır"

25 Mart 2023 12:10 Bizimkilər 291
"O, yalan xəbər yayır"

“Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yalan xəbər yayır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

XİN rəsmisi Ararat Mirzoyanın Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavabında bildirib: “Deyəsən Ermənistan XİN-in tarix dərslərinə ehtiyacı var. Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub.

Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir. Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

XİN rəsmisi əlavə edib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!