
Azərbaycanlı FİFA referisi Elçin Məsiyevə növbəti təyinat gəlib.
Sportinfo.az xəbər verir ki, Məsiyev 19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının elit-raundunda keçiriləcək Latviya - İsrail görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Pərvin Talıbov və Mixal Şobçak (Polşa) kömək edəcək. Dördüncü hakim funksiyasını Patrik Qriçkiviş (Polşa) yerinə yetirəcək.
Martın 28-də keçiriləcək oyuna 16:00-da start veriləcək.