Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat aldı

21 Mart 2023 14:20 Bizimkilər 871
Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat aldı

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı referi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.

O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM