"Dövlətimiz işğaldan azad edilən kəndlərimizə köçürülən sakinlər üçün…"

21 Mart 2023 12:10 Bizimkilər 257
"Dövlətimiz işğaldan azad edilən kəndlərimizə köçürülən sakinlər üçün…"

"İşğaldan azad edilən Talış kəndinə köçürülən sakinlərin məşğulluqları təmin olunur".

Bu barədə Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Bu gün işğaldan azad olunduqdan sonra qısa müddətdə bərpa olunmuş Talış kəndindəyik və xalqımızın əziz bayramı olan Novruz bayramını qeyd edirik.

Bu bayramın bizim üçün xüsusi önəmi var. Çünki, bura köçmüş 20 ailə uzun illərdən sonra ilk dəfə işğaldan azad olmuş kəndlərində bu bayramı qeyd edirlər.

Bura köçürülən keçmiş məcburi köçkünlər üçün bu, ikiqat bayramdır. Fürsətdən istifadə edərək demək istəyirəm ki, dövlətimiz işğaldan azad edilən kəndlərimizə köçürülən sakinlər üçün bütün lazımi infrastruktur yaradıb.

Burada yaşayan sakinlərin əmək fəaliyyətinin təmin olunması üçün hər bir şərait var. Sevindirici haldır ki, köçən sakinlər uzun illərin ayrılığına baxmayaraq, tez adaptasiya olunurlar.

Onu da qeyd edim ki, sakinlərin məşğulluq imkanları xüsusilə diqqətdə saxlanılır. Məşğulluq imkanları araşdırılır, köçürülən insanlar iş yerləri ilə təmin olunublar.

Burada kiçik sahibkarlıqla məşğul olan sakinlərimiz də var. Həmçinin, müxtəlif məşğulluq zərflər ilə də təmin olunan ailələrimiz var”, - xüsusi nümayəndə qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"