Yığmamızın legioneri Cənubi Koreyada diqqət mərkəzinə necə düşdü?

21 Mart 2023 01:50 Bizimkilər 1 051
Yığmamızın legioneri Cənubi Koreyada diqqət mərkəzinə necə düşdü?

Cənubi Koreya çempionatında 4-cü turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, milli komandamızın üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Suvon Blyuinqz"in qonağı olub.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Anton Krivotsyuk də bu oyunun iştirakçısı olub. 24 yaşlı sol cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının ikinci qolunun ötürməsini edib.

Xallarını 8-ə yüksəldən "Tecon Xana Sitizen" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!