“Rəis, səni çox sevdik” - Konyalılar “Qalatasaray”a görə Mahirə səsləndi

19 Mart 2023 20:40 Bizimkilər 3 425
“Rəis, səni çox sevdik” - Konyalılar “Qalatasaray”a görə Mahirə səsləndi

“Qalatasaray”ın ardıcık 14 oyunluq qələbə seriyasına son qoyuldu.

“Konyaspor” doğma meydanda Türkiyə Super Liqasının liderini 2:1 hesabı ilə məğlub etməklə 25-ci turun sürpriz nəticəsinə imza atdı.

Azərbaycanlı futbolsevərlərin də marağını kəsb edən bu qarşılaşmada Azərbaycan millisinin futbolçusu Mahir Emreli özünü göstərmək imkanı qazanmışdı.

Start heyətində meydana çıxan həmyerlimiz 79 dəqiqə meydanda olsa da, aldığı sarı vərəqə ilə yadda qaldı.

Emrelinin əvəzinə meydana çıxan Oğulcan Ülgün isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə komandasının qələbə topunun müəllifi oldu.

Mahir “Qalatasaray”la oyundan sonra “instagram” səhifəsində matçdan şəkilmiş şəkillərini paylaşaraq bu sözləri yazıb:

“İnanmaq uğurun yarısıdır deyiblər. Sübut etdik. Təbriklər, “Konyaspor”!

Azarkeşlər paylaşıma xeyli sayda rəy yazıb ki, onarın arasında konyalı fanatları da görmək mümkündür.

Yerli azarkeşlər Mahirə inandıqlarını, növbəti oyunlarda hücum xəttində yer almalı olduqlarını bildiriblər:

“Biz sənə inanırıq, abim. Daha da yaxşı olacaqsan”.

“Gözəl oynayırsan. Qolla bəzədiyin matçda könlümüzdə taxt qurarsan”.

“Rəis, səni çox sevdik”.

“Sağ cinahda bir az dişsizsən. İnşallah, yaxın zamanda səni hücumçu kimi oynadacaq. O zaman səni başqa səviyyədə görəcəyik”.

“Hücumda çox canları alar”.

“Kral, daha da yaxşı olacaqsan. Bu görüşdə pis deyildin”.

“Çox bəyəndim. İnşallah, belə davam edərsən”.

“Səni çox bəyəndik, Mahir. Növbəti oyunlarda qol gözləyirik”.

Müqavilə ilə Xorvatiya “Dinamo”suna məxsus olan Mahir Emreli fevralıda “Konyaspor”a icarəyə verilib. Konyalılarla müqavilə bu ilin iyununa kimi nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti