Azərbaycanlı hücumçu Türkiyə millisinin ulduzunu görüncə… FOTO

23 İyun 2022 09:00 Bizimkilər 2 080
Azərbaycanlı hücumçu Türkiyə millisinin ulduzunu görüncə… FOTO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov istirahətini Türkiyənin Bodrum şəhərində keçirir.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvard burada Türkiyə millisinin ulduzu Cenk Tosunla görüşüb.

Dadaşov fotonu "instaqram" səhifəsində paylaşıb.

Müqavilə ilə "Vulverhempton"a məxsus olan Renat Dadaşov son mövsümü icarə əsasında Portuqaliya "Tondela"sında keçirib. Cenk Tosun isə "Everton"dan ayrılıb.

Maraqlıdır ki, hər iki hücumçunun futbolçu keçmişi Almaniya ilə bağlıdır. Bu sahədə ilk addımları sözügedən ölkədə atıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!