Çempionlar Liqasından kənarda qalan həmyerlimiz: "Dəli olacağımız şanssızlıq yaşadıq"

7 Aprel 2022 22:20 Bizimkilər 792
Çempionlar Liqasından kənarda qalan həmyerlimiz: "Dəli olacağımız şanssızlıq yaşadıq"

Həmyerlimiz Nurlan Novruzovun komandası "Maçhındıra"nın Asiya Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsini xəbər vermişdik.

Nepal təmsilçisi pley-off-da Şri Lanka təmsilçisi "Blue Star" klubuna 1-2 hesabı ilə məğlub olub.

Görüşdə 90 dəqiqə meydanda olan Novruzov Sportinfo.az-a açıqlamasında məğlubiyyəti bəxtsizliklə əlaqələndirib:

"Uduzmağımız çox pis oldu. Ancaq şanssızlıq yaşadıq. Demək olar oyun, ancaq rəqib qapı istiqamətində getdi. Birinci hissə rəqibin 2 hücumundan ikisi də qolla nəticələndi. Komandanın, elə özümün də çox sayda qol imkanlarım oldu. Müdafiəçilərimizdən başqa bütün oyunçularımızın qol imkanı oldu. Top gah tirə dəydi, gah da dirəyə. Dəli olacağımız şanssızlıq yaşandı. Top rəqib qapıdan keçmirdi. Uduzmağımızın tək səbəbi şanssızlıq oldu. Futbolda isə nəticə önəmlidir. Üstün oynamağa, yaxşı oynamağa baxan yoxdur".

29 yaşlı forvard məğlubiyyətə rəğmən yaxşı təcrübə yaşadıqlarını sözlərinə əlavə edib: "Amma istənilən halda mənim üçün böyük təcrübə oldu. İlk dəfə belə bir turnirdə oynayırdım. Yaxşı da oyun keçirdik. Sadəcə bəxtimiz gətirmədi".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!