Müdafiə naziri Kəlbəcərə niyə getdi? – VİDEO+FOTOLAR

7 Aprel 2022 15:50 Bizimkilər 1 048
Müdafiə naziri Kəlbəcərə niyə getdi? – VİDEO+FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilən bina və təlim sahəsində görülən işlərlə tanış olub.

Nazirlikdən verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılan mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə lazımi infrastruktur yaradılıb.

Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb.

Sonda müdafiə naziri aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!