"Viktoriya" azərbaycanlı oyunçuya şans vermədi

7 Aprel 2022 02:40 Bizimkilər 653
"Viktoriya" azərbaycanlı oyunçuya şans vermədi

Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) doğma meydanda “Vlasim”lə qarşılaşıb.

Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM