Azərbaycan millisinin sabiq hücumçusu Nurlan Novruzovun "Maçhındıra" ilə müqaviləsi başa çatıb.
Artıq Nepalda mövsüm yekunlaşıb və qarşıda iki aylıq fasilə var.
İstər bu, istərsə də Asiyanın digər ölkələrindən yeni təkliflər alan həmyerlimiz hazırkı klubu ilə kontrakt bağlamağa tələsmir.
Bir müddət Nepalda dincəlməyi düşünən Novruzov sonra vətənə qayıdacaq. 29 yaşlı forvard gələcək karyerası ilə bağlı yalnız fasilə müddəti başa çatana yaxın qərar verəcək.
Son mövsüm "Maçhındıra" ilə Nepal çempionu olan Nurlan həm də mövsümün ən yaxşı oyunçusu seçilib.
O, 2021-ci ildən bu komandanın formasını geyinir. Daha əvvəl isə Nepalda “Lalitpur Siti”nin şərəfini qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

