Azərbaycanlı hücumçunu Asiya kubokunun qrup mərhələsinə buraxmadılar

6 Aprel 2022 00:40 Bizimkilər 1 322
Azərbaycanlı hücumçunu Asiya kubokunun qrup mərhələsinə buraxmadılar

Azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi Nepalın "Maçhindra" klubu Asiya kubokunun qrup mərhələsinə vəsiqə qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, Katmandu təmsilçisi pley-off-da Şri-Lankanın “Blue Star” klubu ilə qarşılaşıb.

Novruzodun komandası rəqibinə 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Nurlan 90 dəqiqə mübarizə aparıb.

Pley-off 1 oyundan ibarət olduğundan qrup mərhələsinə Şri-Lanka təmsilçisi yüksəlib..

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM