Millimizin qolkiperi vətəni tərk elədi

5 Aprel 2022 22:20 Bizimkilər 871
Millimizin qolkiperi vətəni tərk elədi

Zədə səbəbindən bir müddətdir ölkəmizdə müalicə alan millimizin qolkiperi Emil Balayev yeni komandası "Turan"nın düşərgəsinə qayıdıb.

Bu barədə Sportinfo.az-a qapıçının atası Nazim Balayev məlumat verib. Nazim bəy oğlunun Qazaxıstan təmsilçisinin heyətinə aprelin 1-i qoşulduğunu bildirib.

Balayev ötən ay "Qarabağ"ı tərk edərək "Turan"a keçib.

Həmyerlimiz yeni klubunda hələ də debüt etməyib.

Legioner futbolçumuz yeni klubunun məşqlərində zədə almış və bu səbəbdən Azərbaycan millisin yoxlama görüşlərinə də dəvət olunmamışdı.

"Turan" növbəti matçını aprelin 10-da “Kızıljar”lara qarşı keçirəcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM