Namiq Ələsgərov “Bursaspor”la müqaviləni pozur - Mövsümün sonunda

5 Aprel 2022 10:40 Bizimkilər 1 557
Namiq Ələsgərov “Bursaspor”la müqaviləni pozur - Mövsümün sonunda

Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov mövsümün sonunda “Bursaspor”dan ayrılacaq.

Ötən ilin avqustunda “Neftçi“ni bu kluba dəyişən vinger iyunda müqaviləsini qarşılıqlı razılaşma əsasında pozacaq.

O, bu mövzuda “yaşıl timsahlar“la artıq razılığa gəlib. Sezonun əvvəlində Bursa təmsilçisi ilə 2+1 illik kontrakt imzalamış millimizin üzvünə indidən bir neçə təklif gəlib.

Böyük ehtimalla, Ələsgərov karyerasını elə Türkiyədə davam etdirəcək.

“Bursaspor“ TFF I Liqanı tərk etməyə real namizədlərdəndir. 28 tur ərzində topladığı 28 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıblar.

Onlar turnir cədvəlində yalnız “Balıkesirspor“u qabaqlayır və ən yaxın “qonşular“ından “Denizlispor“la “Kocaelispor“dan 5 xal geri qalır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!