Azərbaycanlı Rusiya klubundakı işindən ayrıldı

5 Aprel 2022 01:00 Bizimkilər 85 814
Azərbaycanlı Rusiya klubundakı işindən ayrıldı

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indən ayrılıb.

bu barədə əslən azərbaycanlı veteran yarımmüdafiəçi "Championat" nəşrinə açıqlama verib.

O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən uzaqlaşdığını bildirib. Səmədov əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.

38 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.

Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM