“Dinamo”da Mahir Emrelinin üzünü güldürdülər - VİDEO

4 Aprel 2022 00:50 Bizimkilər 1 568
“Dinamo”da Mahir Emrelinin üzünü güldürdülər - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"nun (Zaqreb) heyətində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu evdə "Draqovolyats"a 2:0 hesabı ilə qalib gəldikləri XXIX tur matçında forma geyinib.

Oyuna ehtiyatda başlayan Emreli 70-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub. 77-ci dəqiqədə o, fərqlənməyə yaxın olsa da, qüvvətli zərbəsini rəqib qapıçı dəf edə bilib.

Hesabı 46-cı dəqiqədə Komnen Andriç açıb. 81-ci dəqiqədə isə "Draqovolyats"ın futbolçusu İvan Smolçiç topu avtoqol edib.

Bununla da 28 oyundan sonra xalını 60-a çatdıran "Dinamo" birinci pillədə yer alıb. Zaqreb komandasının ehtiyatda bir matçı da var.

"Dinamo" (Zaqreb) - "Hrvatska Draqovolyaç" 2:0
Qollar:
Andriç, 46, Smolçiç, 81-avtoqol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!