Mahir Emreli bu gün autsayderlə matça çıxacaqmı?

3 Aprel 2022 16:20 Bizimkilər 678
Mahir Emreli bu gün autsayderlə matça çıxacaqmı?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Jelko Kopiçin baş məşqçi olduğu komanda "Draqovolyaç"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Zaqreb təmsilçisi 27 oyundan sonra 57 xalla "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür.

Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Draqovolyaç" isə 28 oyuna 14 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.

Qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!