Namiq bilsəydi ki, "Bursaspor"da başına belə bir iş gələcək… VİDEO

3 Aprel 2022 09:20 Bizimkilər 2 696
Namiq bilsəydi ki, "Bursaspor"da başına belə bir iş gələcək… VİDEO

Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, hesabat turu iki azərbaycanlı futbolçu – Namiq Ələskərovla Vüsal İsgəndərlinin komandalarının dueli ilə əlamətdar olub.

Belə ki, Namiqin formasını geyindiyi “Bursaspor” səfərdə Vüsalın komandası – “Keçiörengücü” ilə qarşılaşıb. Bursalılar üç qolun qeydə alındığı bu oyundan məğlubiyyətə üzülüblər – 1:2.

Vüsal bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Əvəzində Namiq start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Bursaspor” 28 oyuna topladığı 28 xalla 19 kollektiv arasında 18-ci, “Keçiörengücü” isə 38 xalla 10-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!