Mahir haqda İKİBAŞLI AÇIQLAMA - "Dinamo"nun baş məşqçisindən

2 Aprel 2022 16:55 Bizimkilər 768
Mahir haqda İKİBAŞLI AÇIQLAMA - "Dinamo"nun baş məşqçisindən

"Emreli lazımi səviyyəyə çatacaq, amma bunun nə zaman baş verəcəyini söyləmək çətindir".

Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu barədə yerli mətbuata müsahibəsində deyib.

45 yaşlı mütəxəssis bildirib ki, 25 yaşlı forvard uzun müddət komanda ilə məşqlərdən kənar qaldığı üçün hələlik ideal formasında deyil:

"Burada bir neçə amil var: onun kluba, komanda yoldaşlarına, liqaya uyğunlaşması və sairə. "Dinamo"ya gəlib dərhal öz keyfiyyətini göstərmək asan deyil.

Xüsusən də ən yaxşı formada deyilsənsə və komanda ilə hazırlaşmamısansa. Emrelinin keyfiyyətli futbolçu olduğuna əminəm. İnanıram ki, bunu meydanda göstərəcək və hər şey öz yerinə düşəcək".

Qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!