Bu gün Türkiyədə azərbaycanlı futbolçuların qarşıdurması baş tutacaq.
Birinci Liqanın 30-cu turu çərçivəsində “Ankara Keçiörengücü” “Bursaspor”u qəbul edəcək.
Paytaxt təmsilçisinin heyətində Vüsal İsgəndərli var. Bursalıların sıralarında isə komandasının aparıcı simalarından birinə çevrilmiş Namiq Ələsgərov yer alıb.
Bu, Vüsalla Namiqin Türkiyədə ikinci dueli olacaq. Buna qədər mövsümün ilk yarısında üz-üzə gələn 1995 doğumlu vingerlərin mübarizəsindən Ələsgərovun komandası 2:0 hesablı qələbə ilə ayrılmışdı.
Çətin günlərini yaşayan “timsahlar” hazırda topladığı 28 xalla 19 komanda arasında 18-ci sırada qərarlaşıb. “Ankara Keçiörengücü” isə 35 xalla 11-ci sırada yer alıb.
“Ankara Keçiörengücü” – “Bursaspor” qarşılaşması Bakı vaxtı ilə saat 14:30-da yayımlanacaq.
HƏBİB / SPORTİNFO.AZ

