Şuşa, Ağdam və Zəngilanda bu işlər görülür

30 Mart 2022 13:30 Bizimkilər 691
Şuşa, Ağdam və Zəngilanda bu işlər görülür

İşğaldan azad edilmiş Suqovuşan, Füzuli, Ağdam, Şuşa, Cəbrayıl və Zəngilanda ümumtəhsil müəssisələrinin inşası nəzərdə tutulub.

Hazırda Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir.

Eyni zamanda, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur.

Cəbrayıl və Füzulidə 960 şagird yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!