“Neftçi”nin çempion futbolçusu Polşada şad xəbər aldı, debüt etdi, sonda...

28 Mart 2022 17:40 Bizimkilər 3 103
“Neftçi”nin çempion futbolçusu Polşada şad xəbər aldı, debüt etdi, sonda...

Azərbaycanlı futbolçu Polşada debüt oyununa çıxıb.

Nazim Bağırovun şərəfini qoruduğu “MKS Podlasie” Polşanın 3-cü liqasının 21-ci turu çərçivəsində səfərdə “Stal Stalova” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma azərbaycanlı futbolçunun şərəfini qoruduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Öncəki oyunları yaşayış vizasına görə kənardan izləyən Nazim, nəhayət, xoş xəbər alıb. Belədə baş məşqçi həmyerlimizi 76-ci dəqiqədə meydana buraxıb.

Ötən mövsüm “Neftçi-2”də çempionluq sevinci yaşayan debüt oyununu qələbə ilə başa vursa da, oyunun sonlarında zədələnməsi yerinə düşməyib.

Matçı davam etdirə bilməyən yarımmüdafiəçinin durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!