Azərbaycanlı məşhur Sergen Yalçınla futbol oynadı - VİDEO

28 Mart 2022 17:20 Bizimkilər 695
Azərbaycanlı məşhur Sergen Yalçınla futbol oynadı - VİDEO

Türkiyənin məhşur “Survivor” yarışmasında futbol matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş “Survivor All Star” komandası ilə “Acun Media” arasında baş tutub.

Matç “Acun Media”nın 6:2 hesablı qələbəsiylə başa çatıb.

“Survivor All Star” komandasının heyətində azərbaycanlı idmançı, kikboksinq üzrə 6 qat dünya çempionu Parviz Abdullayev də iştirak edib.

Digər komandada isə “Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın oynayıb. Təcrübəli mütəxəssis bu matçda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM