Prosineçkinin bəyəndiyi azərbaycanlı Rusiya klubunda!

28 Sentyabr 2021 17:40 Bizimkilər 1 218
Prosineçkinin bəyəndiyi azərbaycanlı Rusiya klubunda!

Azərbaycanlı futbolçu Rusiyanın 2-ci dəstəsində çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, vaxtilə ölkəmizin əsas millisinin də şərəfini qorumağa imkan tapmış Murad Səttarlı Stavropol əyalətini təmsil edən komanda ilə razılaşıb.

1992-ci ildə Şəmkirdə doğulan, lakin futbolun sirrlərinə Rusiyada yiyələnən Murad uzun illər Azərbaycanda top qovandan sonra böyüdüyü ölkəyə qayıdıb.

İndi Səttarlı ilə yeni komandası transferlə bağlı AFFA-dan beynəlxalq təsdiq gözləyir. Assosiasiya lazım olan sənədi göndərən kimi Murad müqaviləyə imza atacaq.

29 yaşlı yarımmüdafiəçi ölkəmizdə “Qarabağ”, MOİK, “Simurq”, “Sumqayıt”, “Kəpəz”, AZAL, “Zirə” kimi komandaların uğurları üçün tər töküb.

2016-cı ildə Robert Prosineçkinin dönəmində yığma formasında Andorraya qarşı çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti