Azərbaycan yığmasının müdafiəçisi Polşanın 4-cü liqa klubunda

24 Sentyabr 2021 19:40 Bizimkilər 917
Azərbaycan yığmasının müdafiəçisi Polşanın 4-cü liqa klubunda

Azərbaycanın daha bir futbolçusu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

Sportinfo.az "Nowiny24" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi "JKS Yaroslav"a keçib.

Dəmirovla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Elvin Bayramov Azərbaycanın U-21, U-18 və U-17 yığmalarının formasını geyinib. O "Qəbələ" və "Sumqayıt" klublarının şərəfini qoruyub.

"JKS Yaroslav" Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk Plotsk "Visla"sında, Mahir Emreli isə "Legiya"da çıxış edir.

Bundan əlavə, Fuad Bayramov II liqada "Ostroveç-Şventokşiski"nin uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti