5 ölkədən birinə də gedə bilmədi: “Məcbur qalıb...”

22 Sentyabr 2021 17:40 Bizimkilər 1 017
5 ölkədən birinə də gedə bilmədi: “Məcbur qalıb...”

"Karyeramla bağlı irəliləyiş yoxdur. Hələ ki, konkret təklif yoxdur. Bu gedişlə qış fasiləsini gözləməliyəm”.

Son illər legioner həyatı yaşayan Amit Quluzadə gələcək karyerası ilə bağlı Sportinfo.az-a danışarkən deyib.

Azərbaycan millisinin də şərəfini qorumağa imkan tapmış 28 yaşlı yarımmüdafiəçi mövsümlərarası fasilədə əcnəbi klublardan biriylə anlaşmalıydı.

Hətta mətbuata açıqlamasında menecerlərin bu yöndə çalışdıqlarını demişdi. Sentyabr ayı başa çatır, Amit hələ də klubsuzdur.

Səbəbkar vəziyyətin bu cür alınmasında özünün günahının olmadığını bildirdi:

“İnanırsız, yayın başlanğıcında o qədər variant var idi ki. 1 deyim, yox, 5 deyim, yox, müxtəlif ölkələrdən bəlkə də 10-dan çox klubla danışıq aparılıb.

Hər dəfə ortaya bir əmma çıxırdı. Gah viza problemi oldu, gah Avropa pasportumun olmaması əngəl törətdi, gah yerinə getməli olduğum futbolçunun transferi alınmadı.

Nə bilim, vallah. Bolqarıstan, Makedoniya, Yunanıstan, Səudiyyə Ərəbistanı, Slovakiya kimi ölkələrdən variantlar yaranmışdı.

Xeyirlisi, görək nə olur. Real bir şey olmasa, məcbur qalıb qışa qədər gözləməliyəm”.

Amitin sonuncu iş yeri ötən il çıxış etdiyi Moldova “Milsami”si olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı