Fərdi Nəbiyev komandasının köməyinə çata bilmədi

12 Sentyabr 2021 19:00 Bizimkilər 487
Fərdi Nəbiyev komandasının köməyinə çata bilmədi

Çexiya birinci divizionunda 7-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” öz meydanında “Vişkov”u qəbul edib. ​

Nəbiyevin start heyətində meydana çıxdığı görüşdə “Viktoriya Jijkov” 1:4 hesabı ilə uduzub. Nəbiyev fasilədə əvəzlənib.

Hazırda həmyerlimizin komandası 7 xalla 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!