Ermənistanın növbəti saxtakarlığına dair faktları açıqladı - Azərbaycan XİN

30 May 08:10 Bizimkilər 987
Ermənistanın növbəti saxtakarlığına dair faktları açıqladı - Azərbaycan XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb.

“Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya Müharibəsi abidəsini dağıdan və 1992-ci ilin mayında erməni terrorçularının siyahısını yandıran məhz Ermənistandır”, - Ayxan Hacızadə qeyd edib.

“Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi vurğulayıb.

“Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”, - A.Hacızadə qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu