Azərbaycanda toyda bu şərtlərlə oynamağa icazə veriləcək

23 İyun 02:38 Bizimkilər 866
Azərbaycanda toyda bu şərtlərlə oynamağa icazə veriləcək

İyulun 1-dən sonra keçirilməsinə icazə verilən toylarda insanların masalardan uzaqlaşıb cəmləşərək rəqs etməsinə icazə verilib-verilməyəcəyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, toylarda rəqs etməyə müəyyən şərtlərlə icazə verilir.

Belə ki, 50 nəfərədək qonaqlarla keçirilən toy mərasimlərində vətəndaşlar masadan uzaqlaşarkən maska taxmalıdırlar.

Buna görə də bu şənliklərdə rəqs edərkən maska taxmaq məcburidir. Lakin 50 nəfərdən 150 nəfərədək toylarda iştiraka COVID-19 pasportu ilə icazə verilir və bu məclislərdə maska taxmaq tələb olunmur.

Bundan başqa, məhdudiyyət qoyulan 50 və 150 nəfərədək saya musiqiçilər, müğənni, tamada və ya restoranın işçi kollektivi daxil deyil. Müəyyən edilən say yalnız qonaqlara, toy iştirakçılarına aiddir.

Digər Xəbərlər
Xəbər Lenti