Azərbaycanlı milyarder oğlunu klub rəhbərliyinə gətirdi

3 May 2021 17:20 Bizimkilər 13 348
Azərbaycanlı milyarder oğlunu klub rəhbərliyinə gətirdi

"Spartak"ın Direktorlar Şurasına iki yeni üzv qəbul olunub.

Sportinfo.az xəbər verir ki, bunlar Zarema Salihova və Yusuf Ələkbərovdur.

Salihova eyni zamanda klubun Audit və Mükafatlandırma Komitəsinə rəhbərlik edəcək. O, "qırmızı-ağlar"ın prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.

Zarema Salihova və Leonid Fedu

Zarema Salihova və Leonid Fedu

Yusuf Ələkbərov isə klubun daha bir səhmdarı, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun oğludur.

Hər iki şəxs səhmdarların ümumi yığıncağının qərarı ilə klub rəhbərliyinə gətirilib.

Hazırda "Spartak" Premyer Liqada 27 oyundan sonra 50 xalla 3-cü pillədə qərarlaşıb. Domeniko Tedeskonun baş məşqçi olduğu komanda bu gün Tula "Arsenal"ını məğlub edəcəyi təqdirdə, "Lokomotiv"i keçərək 2-ci sıraya yüksələcək.

Yusuf Ələkbərov

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular