COP29

"Dəqiq bilirəm ki, oğlum Azərbaycan klubunda oynamayacaq"

30 May 2023 02:00 Bizimkilər 4 206
"Dəqiq bilirəm ki, oğlum Azərbaycan klubunda oynamayacaq"

Son olaraq Rusiya Premyer Liqasında yarışan "Ximki"nin qapısını qorumuş Vitali Qudiyevin yayda Azərbaycan klublarından birinə keçə biləcəyi haqda xəbər vermişdik.

28 yaşlı qolkiperin xidmətində "Neftçi" və "Sabah"ı maraqlı idi.

Daha çox ölkəmizi bu yay ilk dəfə avrokuboklarda təmsil edəcək Masazır təmsilçisi Qudiyevi heyətinə qatmaq niyyətində idi. Lakin Azərbaycan klublarının bu istəyi baş tutmayacaq.

Vitalinin atası, vaxtı ilə Azərbaycan millisinin qapısını qorumuş Kazimir Qudiyev sportal.az-a açıqlama verib.

Təcrübəli mütəxəssis oğlunun Rusiyada qalacağını bildirib:"Vitalinin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil.

Bu, "Ximki" və ya başqa klub olacaq, onu zaman göstərəcək. Amma dəqiq bilirəm ki, Vitali bu yay Azərbaycana yollanmayacaq.

Düzü, klublarla danışıq aparmadıq, sadəcə, Rusiyada qalmaq qərarını verdik. Hələ ki, necə olacağını bilmirik. Amma o, Rusiyada qalacaq. Bir neçə oyun var, çempionat davam edir".

"Alaniya" yetirməsi olan Qudiyev "Axmat"da oynadıqdan sonra 2022-ci ildə "Ximki"yə keçmişdi.

Xəbər Lenti