Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi

26 Fevral 2021 20:30 Bizimkilər 632
Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi

“Tapşırıq verəcəyəm ki, jurnalistlər Şuşaya getsinlər”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyinə münasibət bildirərkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşaya giriş imkanlarında çətinlik var idi: “Yol yox idi. Mənim bəxtim gətirdi ki, Şuşaya gedəndə günəşli hava idi. Ancaq mən Hikmət Hacıyevə göstəriş verirəm ki, bu səfəri təşkil etsin”.

Konfransda iştirak edən “Röyters” agentliyinin əməkdaşı jurnalistlərin Şuşa şəhərinə səfərinin təşkil edilməməsinə görə narahatlığını ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"