"Biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticə daha ağrılı ola bilərdi"

26 Fevral 2021 12:30 Bizimkilər 327
"Biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticə daha ağrılı ola bilərdi"

“Biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu nümayiş etdirmək üçün sizi 10 noyabr bəyanatı ilə tanış olmağa dəvət edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan öz qoşunlarını çıxaran gün biz müharibəni dayandırdıq: “Ermənistan baş naziri şəxsən özü qoşunların çıxarılması tarixini verən kimi müharibəni dayandıracağımızı demişdik. Biz 30 il gözləmişdik. Bizim niyyətimiz həmişə aydın və səmimi olub. Ermənistan müəyyən əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll edilə bilər. Ancaq dərk edəndə ki, Ermənistan 1 sm torpağı belə qaytarmaq niyyətində deyil...

Onlar iyul və avqust ayında təxribatlar törətdi. O cümlədən, sentyabr ayında təxribat törətdilər və biz buna cavab verdik. Davamlı sülh yalnız 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə ola bilər. Mən öz sözümə əməl etdim. Biz dərhal müharibəni dayandırdıq. Biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticə daha ağrılı ola bilərdi. Biz bu gün onu müzakirə edirik ki, bölgədə davamlı sülh olsun. Bunun da yeganə yolu əməkdaşlıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti