Qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırların ünvanları - SİYAHI

24 Fevral 2021 21:50 Bizimkilər 793
Qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırların ünvanları - SİYAHI

Sportinfo.az xəbər verir ki, йarlı hava şəraitində əhalinin isinməsi üçün qurulan çadırların ünvanları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, çadırlardan biri Nərimanov rayonunda yerləşən Nərimanov parkında, digərləri isə Yasamal rayonunda İnşaatçılar metrosunun çıxışında, Sabunçu rayonunda məscidin yanında, Suraxanıda Qaraçuxur qəsəbəsində olan Neftçilər parkında və Binəqədidə Azadlıq metrosunun çıxışında quraşdırılıb.

İsinmək üçün çadırlara gələn şəxslər isti çay içə, nahar edə və dincələ bilərlər. Çadırlar qarlı günlərdə fəaliyyət göstərəcək.

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırların quraşdırılması BŞİH və "Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı