Dünən şəhid olan hərbçimiz dəfn edildi - FOTOLAR

13 Yanvar 2021 18:50 Bizimkilər 3 277
Dünən şəhid olan hərbçimiz dəfn edildi - FOTOLAR

Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, mayor 1988-ci il təvəllüdlü Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.

Bu gün Gəncədə şəhid mayorun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.

Şəhidimizin atası İlqar Muxtarov da I Qarabağ Müharibəsi iştiraçısı olub, şəhidin qardaşı isə zabitdir, N saylı hərbi hissədə xidmət edir.

Sonda mərasimdə yaylım atəşi açılıb.

Hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.





Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız