“Komandanın özəyini dəyişdirmək üçün çox transfer etdik, yaxşı olmadı”

5 Aprel 2025 03:30 Basketbol 820
“Komandanın özəyini dəyişdirmək üçün çox transfer etdik, yaxşı olmadı”

“Əslində, çətin oyun olmadı. NTD kubok matçlarından sonra yorğun idi. 10 gün ərzində 3 matç oynadılar".

Sportinfo.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.

O, Azərbaycan Basketbol Liqasının son turunda NTD üzərində 103:77 hesablı qələbəni şərh edib:

Yorğunluq istər-istəməz var idi, bir az da pley-off matçları üçün heyətlərini qorudular. Biz də çox rotasiya etdik.

Normalda mövsüm sonunda bu cür matçlar oynanılır. Pley-off-da uğurlu olmaq üçün əlimizdən gələni edəcəyik.

Mövsüm bizim üçün çox da yaxşı olmadı. Yaxşı oyunçularımızın bir çoxu zədələndi.

Komandanın özəyini dəyişdirmək üçün çox transfer etdik. Düşünürəm ki, pley-offun ikinci hissəsinə qədər komandamız tam uyğunlaşar.

Pley-off-da sona qədər mübarizə aparacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA