“Neftçi" kimə rəqib olub?

15 Yanvar 03:10 Basketbol 478
“Neftçi" kimə rəqib olub?

Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, raundun son iki qarşılaşmalarından biri Şəkidə, digəri Bakıda baş tutub.

"Şəki" "Sərhədçi"ni 92:75, "Sumqayıt" isə NTD-ni 116:94 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

1/4 final mərhələsində bu komandalar üz-üzə gələcəklər:

"Abşeron Lions" – "Şəki"

"Neftçi" – "Gəncə"

"Quba" – "Sabah"

"Ordu" – "Sumqayıt"

Bu mərhələnin oyunları 18-22 fevral tarixləri aralığında gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu