“Onların bəzi oyunçuları bizə əvvəlcə çox problem yaratdı, amma...”

03:30 Basketbol 70
“Onların bəzi oyunçuları bizə əvvəlcə çox problem yaratdı, amma...”

"Quba"nın "Naxçıvan"a qalib gəlməsi sevindirici haldır".

Sportinfo.az xəbər verir ki, bunu "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov "Naxçıvan"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qalib gəldikləri görüş barədə klubun mətbuat xidmətinə danışıb:

"Birinci kubok oyunumuzda qalib gəldik. Hündür boylu oyunçularımız olmasa da, komanda olaraq yaxşı çıxış etmək istəyirdik.

Basketbolçularımızın yaxşı oyun sərgilədiyini söyləyə bilərəm. Yekunda güclü müdafiə xətti ilə "Naxçıvan"ın hündür oyunçularını müəyyən qədər neytrallaşdıra bildik.

Rəqibin bəzi oyunçuları bizə əvvəlcə çox problem yaratdı, amma dəyişikliklər edib, oynadıq. "Naxçıvan" çox güclü komandadır, balanslı heyətə malikdir.

Gözəl mübarizəyə görə rəqib komandaya təşəkkür edirəm. Sevdindirici haldır ki, qalib gəldik".

"Quba" "Naxçıvan"a 105:98 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!