"Lənkəran" ilə vidalaşdı

10 Yanvar 08:40 Basketbol 523
"Lənkəran" ilə vidalaşdı

"Lənkəran" basketbolçusu ilə vidalaşıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Antoni Tseqakele ilə yolları ayırıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

26 yaşlı basketbolçu karyerasını İspaniyada davam etdirmək qərarına gəlib. O, bu ölkənin aşağı divizionunda mübarizə aparan "Xixon" klubunun şərəfini qoruyacaq.

A.Tseqakele cari mövsümün əvvəlində Kanadanın "Saskatçevan Reytls" klubundan "Lənkəran"a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!