“Bunu edə bilsək, Azərbaycanda heç bir rəqib qarşımızda dura bilməyəcək”

03:20 Basketbol 160
“Bunu edə bilsək, Azərbaycanda heç bir rəqib qarşımızda dura bilməyəcək”

"Xilasedici" Azərbaycan çempionatının ən iddialı və favorit komandasıdır.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqalamasında Bakı təmsilçisinin meneceri Onat Kurt deyib.

O, hazırda əsas diqqətlərini daxili çempionata yönəltdiklərini vurğulayıb:

"İndi əsas hədəfimiz Azərbaycan çempionatında uğur qazanmaqdır. Hazırda ölkə çempionatının ən iddialı və favorit komandasıyıq. Belçikada göstərdiyimiz oyunu Azərbaycan çempionatında bütün mövsümə yaya bilsək, heç bir rəqib qarşımızda dura bilməyəcək. Avropa səviyyəli komandayıq. Azərbaycan çempionatında bizim oyunçulardan daha üstün voleybolçular yoxdur.

Klub rəsmisi komandanın Çelenc Kubokundakı çıxışını dəyərləndirib:

"Ötən il yeni yaradılmış klub kimi Azərbaycan Kubokunu qazanaraq avrokuboklarda iştirak hüququ əldə etdik. İkinci ildə avrokuboklara qatıldıq. 1/32 finalda turnirin favoriti hesab olunan Rumıniyanın "Styau" klubunu "qızıl set"də məğlub etdik. Bu, bizim üçün böyük uğur və sürpriz kimi qarşılandı. Çünki yeni klubların avrokuboklarda dərhal nəticə əldə etməsi çox çətindir. Bunun büdcə ilə əlaqəsi yoxdur. Burada həmişə təcrübəli kollektivlərin üstünlüyü olur. Məncə, yarış bizim üçün uğurlu alındı".

O.Kurt Belçika təmsilçisinin güclü olduğunu deyib:

"Belçika klubu fiziki cəhətdən çox güclü, gənc və illərdir Avropada çıxış edən təcrübəli komandadır. Bizə qarşı yaxşı hazırlaşmışdılar. Belçikadakı matçın ilk hissəsində çox yaxşı oynadıq, amma davamını gətirə bilmədik. Servislər zamanı problemlər oldu. İstədiyimiz hücumları qura bilmədik. Səhvlərə yol verdik və sonda uduzduq".

O, yeni transferləri müəyyən problemlər səbəbindən avrokuboklarda oynada bilmədiklərini də nəzərə çatdırıb:

"Türkiyədən yeni libero və Venesueladan bir voleybolçu transfer etmişik. Lakin həm transfer, həm də sənəd məsələlərinə görə onları avrokuboklarda oynada bilmədik. Çünki oyundan cəmi 3-4 gün əvvəl komandaya qoşulmuşdular. Bu iki oyunçu olsaydı, bəlkə də fərqli nəticə göstərərdik. Məqsədimiz Azərbaycan çempionu olub, növbəti mövsüm Avropa arenalarında daha güclü heyətlə mübarizə aparmaqdır. Belə olacağına əminəm. Hədəfimiz hər zaman çempionluqdur. Bizim üçün büdcə yox, sistem və düzgün oyun əsasdır. Daha yaxşı işlər görüb, yüksək yerlərdə qərarlaşacağımıza inanıram".

"Xilasedici" son olaraq Çelenc Kubokunun 1/16 finalında Belçikanın "Lindemans" klubuna hər iki oyunda məğlub olaraq (0:3, 1:3) mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!