"Bizdən asılı olmayan səbəblərə görə heyət baxımından çətinliklərlə üzləşdik"

9 Yanvar 03:40 Basketbol 141
"Bizdən asılı olmayan səbəblərə görə heyət baxımından çətinliklərlə üzləşdik"

"Lənkəran" basketbolçuları "Sərhədçi" ilə oyunda xarakter göstəriblər.

Sportinfo.az xəbər verir ki, bunu cənub təmsilçisinin baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Sərhədçi" üzərində 72:69 hesablı qələbəni şərh edib:

"Komandamı ilin ilk qələbəsi münasibəti ilə təbrik edirəm. Bizdən asılı olmayan səbəblərə görə heyət baxımından çətinliklərlə üzləşdik.

Normal şəkildə hazırlaşmaq imkanımız olmadı. Oyun üçün cəmi 8 basketbolçunun xidmətindən yararlana bildim.

Amma oyunçular xarakter göstərdilər və sübut etdilər ki, meydançada bütün gücünü, imkanlarını ortaya qoysan, hər şeyə nail olmaq mümkündür. Mən onlarla qürur duyuram".

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI