“Neftçi” ilə “Lənkəran” üz-üzə gələcək - Kubokun püşkü atıldı

25 Dekabr 2025 03:20 Basketbol 778
“Neftçi” ilə “Lənkəran” üz-üzə gələcək - Kubokun püşkü atıldı

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimi baş tutub.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında təşkil olunub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra turnirdə iştirak edəcək komandalarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca püşkatma mərasimi keçirilib və qarşılaşmalar müəyyənləşib.

Püşkün nəticələrinə əsasən, “Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları yarışa birbaşa 1/4 final mərhələsindən qoşulacaqlar.

1/8 final mərhələsində “Şəki” - “Sərhədçi”, “Neftçi” - “Lənkəran”, NTD - “Sumqayıt” və “Naxçıvan” - “Quba” cütlükləri üz-üzə gələcəklər.

1/8 final mərhələsinin oyunlarının yanvarın 13–14-də, 1/4 final qarşılaşmalarının isə fevralın 18–22-də keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!