Yığmamız beynəlxalq turnirdə keçirdiyi ilk oyunda Belarusa qalib gəldi

03:40 Basketbol 45
Yığmamız beynəlxalq turnirdə keçirdiyi ilk oyunda Belarusa qalib gəldi

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ilk oyunda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, yığma ev sahibi Belarus ilə qarşılaşıb.

Görüş Azərbaycan komandasının 65:61 hesablı qələbəsi ilə nəticələnib.

Turnir dekabrın 7-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?