"Sabah"ın "Şəki"yə, "Quba"nın "Sumqayıt"a rəhmi gəlmədi

03:10 Basketbol 57
"Sabah"ın "Şəki"yə, "Quba"nın "Sumqayıt"a rəhmi gəlmədi

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sabah" "Şəki"nin qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 115:83.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" A qrupunda liderliyini davam etdirir. "Şəki" 9 xalla beşinci sıradadır.

Günün ilk oyununda "Quba" "Sumqayıt"dan üstün olub - 107:90.

VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?