“Tenerife”nin oyunçusu Azərbaycan yığmasını seçdi

03:40 Basketbol 90
“Tenerife”nin oyunçusu Azərbaycan yığmasını seçdi

Noyabrın 17-dən etibarən Bakıda basketbol üzrə kişilərdən ibarət yığma komandamız 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (Eurobasket) ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, noyabrın 25-nə qədər davam edəcək təlim-məşq toplanışına baş məşqçi Tahir Baxşıyev tərəfindən dəvət olunan basketbolçular: Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.

Millimizin yeni üzvü Vesli Van Bek isə millinin heyətinə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 nəfər basketboluçu millinin əsas heyətinə cəlb olunacaq.

Millimiz qrupda ilk seçmə mərhələ görüşünü 27 noyabr Bakı vaxtı ilə saat 22:00-da səfərdə Şimali Makedoniyaya qarşı, ikinci oyununu isə 30 noyabr saat 18:00-da Bakıda Lüksemburq yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!
20 Noyabr 03:20 Jalə qızıla sahibləndi