Azərbaycan komandası qrupu birinci sırada başa vurdu

19 Noyabr 2025 03:40 Basketbol 570
Azərbaycan komandası qrupu birinci sırada başa vurdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını da qələbə ilə başa vurub.

Sportinfo.az xəbər verir ki, yığma A qrupunun matçında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.

Azərbaycan qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub etmişdi.

Bu nəticələrdən sonra milli qrupunu ilk sırada tamamlayıb. Yarımfinala adlayan Azərbaycanın növbəti rəqibi B qrupunu ikinci sırada bitirən komanda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti