"Onları bu qalibiyyətin əsas pay sahiblərindən biri olaraq görürəm"

04:10 Basketbol 51
"Onları bu qalibiyyətin əsas pay sahiblərindən biri olaraq görürəm"

"Sumqayıt" "Naxçıvan"la oyunun ilk periodunda yaxşı çıxış edib.

Sportinfo.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının VII turunda qalib gəldikləri qarşılaşma (116:99) ilə bağlı fikirlərini bölüşüb:

"Rəqib birinci periodda çox yaxşı çıxış etdi. Biz də yaxşı mübarizə apardıq. İlk yarıda müdafiədə tam da inamlı çıxış etməsək də, yekunda yaxşı oyun göstərdik. Birinci hissədə rəqib ribaundlarda üstünlük göstərdiyi üçün sürətli hücumlar təşkil edə bilmədik. Daha sonra isə üstünlüyü ələ almağı bacardıq. Ardınca həm hücumda, həm də müdafiədə üstün mübarizə apardıq. Xüsusi olaraq yerli oyunçularımız yaxşı performans sərgilədilər. Onları bu qalibiyyətin əsas pay sahiblərindən biri olaraq görürəm. Səhvlərimizi analiz edib növbəti matçlarda təkrarlamamağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı