Görəsən, "Sabah"ın udan günü olacaq?

13 Noyabr 2025 02:20 Basketbol 749
Görəsən, "Sabah"ın udan günü olacaq?

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.

Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!