"Neftçi" və "Abşeron Lions" növbəti oyunlarını keçirəcək - Avropa Kubokunda

18:20 Basketbol 99
"Neftçi" və "Abşeron Lions" növbəti oyunlarını keçirəcək - Avropa Kubokunda

Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.

Sportinfo.az xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" səfərdə Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Tallindəki "Kalevi Spordihall"da start götürəcək.

Qrupun digər görüşündə "Abşeron Lions" Polşa təmsilçisi "Trefl"lə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş 22:15-də Sopotdakı "Sentennial Sport Hall"da baş tutacaq.

"Trefl" və "Neftçi" hərəyə 7 xalla müvafiq olaraq 1 və 2-ci yerlərdədirlər. Hərəyə 5 xalı olan "Abşeron Lions" və "Kalev" isə müvafiq olaraq 3 və 4-cü pillələrdədirlər.

Digər Xəbərlər
Xəbər Lenti